Hərbçilərimiz Qazaxıstana səfər edib

16:52 20.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.

Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.